QAYDALAR

Kompleksin qaydaları və siyasəti

Kompleksin qonaqları ictimai qaydaya, hamı tərəfindən qəbul edilmiş davranış normalarına riayət etməli, başqa qonaqlara, xidmət personalına hörmətlə yanaşmalı və ətrafdakı insanlar üçün təhlükə törədən hərəkətlərə yol verməməlidirlər. Kompleksin digər qonaqlarını narahat etmək, təmizliyi və intizamı pozmaq, ədəbsiz sözlərdən istifadə qadağandır.

Kompleksin qonaqları öz imzaları ilə məşqlərə fiziki cəhətdən hazır olmalarını təsdiq edir və kompleks xidmətlərindən onun sağlamlığına zərər gəlməyəcəyinə təminat verir.

Kompleksin qonaqlarının ixtiyari və qeyri-ixtiyari hərəkətləri öz həyatları və sağlamlıqları, eləcə də ətrafdakı insanların həyatı və sağlamlığı üçün təhdid təşkil etdikdə və ya qəbul edilmiş əxlaq,etika normalarına zidd olduqda, kompleksin daxili nəzarət xidmətinin əməkdaşları göstərilən şəxslərə qarşı məşqlərdən (kompleksdən) kənarlaşdırılma kimi tədbirlər görmək hüququna malikdirlər,eyni zamanda bu pozuntunu törədən şəxs və ya azyaşlınln valideyni,qəyyumu,himayəçisi olsa belə tərəflər arasında bağlanmış müqaviləyə xitam verilir.Bu halda həmin şəxs qeyri-müəyyən müddətə Arzuolunmaz müştəri siyahısına salınır.

  • Kompleksin ərazisində spirtli içki, dərman, narkotik vasitə istifadə etmək və yaymaq, eləcə də siqaret çəkmə QADAĞANDIR.

  • Kompleksə sərxoşluqdan sonra süstləşmə vəziyyətində gəlmək QADAĞANDIR. Qonağın spirtli içki və ya narkotik maddənin təsiri altında və ya sərxoşluqdan sonra süstlük vəziyyətində olduğundan şübhələnən daxili nəzarət şöbəsi əməkdaşları göstərilən şəxslərə qarşı məşqlərdən (kompleksdən) kənarlaşdırılma və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırılması kimi tədbirlər görmək hüququna malikdirlər.

  • Kompleksin iş saatları səhər saat 07-00 –dan 23-00 –a kimi müəyyən edilmişdir.Kompleksə son giriş saatı 22-00 –a qədərdir.

  • Kompleks ərazisində silah gəzdirmək QADAĞANDIR. Kompleksə tezalışan, partlayıcı maddələr, döyüş sursatı gətirmək qadağandır.

  • Kompleks daxilində ehtiyat ayaqqabıdan istifadə zəruridir, küçədə istifadə edilən ayaqqabıda soyunma otağına keçmək üçün kompleksin təmin etdiyi baxillərdən istifadə edilməlidir.

  • Boksla, şərq döyüşü növləri ilə, üzgüçülüklə məşğul olmaq, qrup proqramlarında iştirak, trenajor zalında məşq etmək üçün idman geyimi və qapalı ayaqqabı zəruridir. Məşqlər zamanı bədənin yuxarı hissəsi mütləq örtülü olmalıdır.

  • Bədən tərbiyəsi və sağlamlıq xidmətlərinin göstərilməsi üçün kompleksin qonağı nə özünün, nə də azyaşlı uşaqlarının bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün tibbi əks göstərişlərinin olmadığına dair tibbi arayış təqdim etməli, özünün və özü ilə kompleksə gətirdiyi yetkinlik yaşına çatmamış uşaqlarının sağlamlıq vəziyyətinə görə məsuliyyəti öz üzərinə götürür. Kompleksin qaydalarına əsasən, arayış 6 ay müddətində etibarlıdır.

 

  • Kompleksin Qonaqları tibbi sağlamliq problemlərini bilərəkdən Kompleks nümayəndələrindən gizlətməsi Müqavilənin birtərəfli qaydada xitam olunmasına səbəb olacaqdir.Bu səbəbdən Komplekse və ya digər qonaqlara vurduğu ziyan(maddi və ya mənəvi)pul səklində ödənilməlidir.

  • Kompleksin qonaqları öz sağlamlıqlarına müstəqil və məsuliyyətlə nəzarət etmək məcburiyyətindədirlər. Kəskin infeksion və/və ya dəri xəstəlikləri, eləcə də xroniki xəstəliklərin ağırlaşması halında kompleksə gəlməkdən imtina etmək tövsiyyə olunur.

  • Kompleksin qonaqları kəskin və ya xroniki, infeksion və/və ya dəri xəstəliyi əlamətlərinə malik olduqda, kompleksə gəlməyə icazə verilmir. Bu qaydaya əməl olunmadığı halda, kompleks qonağı tam sağalana qədər müvəqqəti olaraq məkandan uzaqlaşdırmaq və mütəxəssis həkimdən arayış tələb etmək hüququnu özündə saxlayır.

  • Kompleks inventarlarına qonaq tərəfindən zərər dəyərsə buna səbəb olmuş müştəri və ya azyaşlının valideyni,qəyyumu,himayəçisi dəymiş zərərin məbləgini Kompleksə ödəməyə borcludur.İnventarın dəyəri mövcud qanunvericilik normalarına uyğun müəyyən ediləcəkdir.

  • Şəxsi əşyaların mühafizəsi üçün soyunma otaqlarındakı xüsusi hazırlanmış şkaflardan istifadə edilməlidir. Bütün qonaqlara şəxsi əşyalarına diqqətli yanaşmaq, əşyaları nəzarətsiz qoymamaq və başqa şəxslərə etibar etməmək tövsiyə edilir. Nəzarətsiz qoyulan əşyalara görə kompleksin rəhbərliyi məsuliyyət daşımır. Kompleks ərazisində əşyanın itirilməsi halında itki barədə resepşn əməkdaşına məlumat verilməlidir. Kompleks ərazisində tapılan bütün əşyalar daxili nəzarət şöbəsi əməkdaşları tərəfindən "unudulmuş əşyaların uçotu jurnalında" qeydə alınır və 45 gün müddətində saxlanılır. Unudulmuş əşyalar haqqında məlumatı resepşn administratorundan almaq olar.

  • Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Su İdmanı sarayının istənilən xidmətindən istifadə edən hər kəs ŞƏXSİYYƏT VƏSİQƏSİNİ təqdim etməlidir.

  • Daxili nəzarət xidməti kompleksdə təhlükəsizliyinizin təmin edilməsi məqsədilə video-müşahidə aparır.

  • Rəhbərlikdən xüsusi razılıq almadan kompleksdə foto və video çəkiliş aparmaq qadağandır.

  • Kompleksin səs, TV, videotexnika və kompüter texnikasını öz başına işə salmağa, söndürməyə, elektrik avadanlıqlarının şəbəkəyə qoşulması üçün rozetkalardan istifadəyə, istənilən mühəndis-texniki avadanlığın tənzimlənməsinə icazə verilmir.

  • Kompleksin qonaqları şəxsi gigiyena qaydalarına riayət etmək məcburiyyətindədirlər. Duş kabinələrində, saunada parfümeriya ətirlərindən, maskalardan, baldan, skrabdan (kofe), saç boyasından istifadə QADAĞANDIR.

  • Geyimi dəyişməyə yalnız soyunma otaqlarında icazə verilir.

  • Soyunma otaqlarında və saunalarda camaşırları və dəsmalları asmaq və qurutmaq qadağandır.

  • Kompleksin duş kabinələrinə baş çəkən qonaqları üçün narahatlıq yaratmamaq, eləcə də kanalizasiya şəbəkələrinin tutulmasının qarşısını almaq üçün düş kabinələrində ülgücdən istifadə QADAĞANDIR.

  • 14 yaşa qədər uşaqlar saunaya yalnız valideynlərinin müşayiəti ilə buraxılır.

  • Əks cinsə mənsub olan uşaqların qadın və ya kişi soyunma otaqlarına, SPA salonuna daxil olması qadağandır.

  • Kompleks ərazisinə qida və içki gətirmək qadağandır.

  • Məşqlərə vaxtında gəlmək vacibdir,əks halda gecikilmiş vaxt geri qaytarılmır.

  • Məşqlərə gəlmədiyiniz təqdirdə ödəniş heç bir halda geri qaytarılmır.

  • Abunəliyi addan ada keçirmək üçün Abunəçi müştəri yazılı Ərizə ilə Kompleks rəhbərliyinə müraciət etməlidir.Bu prosedurun dəyəri 1 defe ödəmək şərti ilə 50(əlli)AZN təskil edir.

  • Ev heyvanlarını gətirmək qadağandır.

  • Kompleksin Qonağı onun mobil nömrəsinə SMS göndərilməsinə öz imzası ilə razıliq vermiş hesab olunur.

                                        

Kompleks aşağıdakı hüquqlara malikdir:

  • Tədbirlərin keçirilməsi zamanı məşqlər üçün nəzərdə tutulmuş zonanı məhdudlaşdırmaq, bu zaman kompleksin qonaqlarına sözügedən tədbirin keçirilməsindən azı 24 saat əvvəl resepşnda və sosial şəbəkədə məlumatın yerləşdirilməsi yolu ilə xəbərdarlıq edilir.

  • Profilaktika və təmir işlərinin aparılması zamanı qonaqların həmin zonalara girişini məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq.

  • Bütövlükdə kompleksin və ya onun ayrı-ayrı zallarının iş rejimini kompleksdə idman tədbirlərinin keçirilməsi ilə əlaqədar dəyişdirmək, tədbirin başlanma tarixindən azı 3 təqvim günü əvvəl resepşnda məlumat yerləşdirmək şərtilə;

  • Kompleksin qonağının bu Qaydaları və ya Müqavilənin şərtlərini pozması halında Müqaviləyə birtərəfli qaydada xitam vermək.

  • Kompleks istisna hallarda bu Qaydalara birtərəfli qaydada düzəlişlər və əlavələr etmək hüququna malikdir.Hər yeni düzəliş əvvəlki qaydanı əvəz edir.Dəyişikliklərin icrası bütün müştərilər üçün məcburi xarakter daşıyır.  Bu zaman sözügedən dəyişiklik və əlavələrin tətbiqindən azı 7(yeddi) təqvim günü əvvəl resepşnda müvafiq məlumatın yerləşdirilməsi ilə qonaqlara bu barədə xəbərdarlıq edilməlidir;

  • Qrup məşqlərinin cədvəlini dəyişmək.

  • Qrup proqramlarının cədvəldə göstərilən təlimatı dəyişmək;

  • Xəstəlik, məzuniyyət və ya işdən uzaqlaşma halında şəxsi məşqçiləri dəyişmək.

  • Müqavilədə nəzərdə tutulmayan,Kompleks rəhbərliyinin iradəsindən asılı olmayan fors-major hallarda üstünlük Kompleksə aiddir.

  • Kompleks ödəniş borcu olan qonağın girişinə icazə verməmək, eləcə də onun kartını bloklamaq hüququna malikdir.

 

TRENAJOR ZALINDAN İSTİFADƏ QAYDALARI

  •  
  • Təhlükəsizliyinizin təmin edilməsi məqsədilə, trenajor zalında məşq zamanı travmanın qarşısının alınması üçün fizioloji testdən keçməyi təkidlə tövsiyə edirik.

  • Diqqətli olun, təhlükəsizlik texnikasına və trenajorların istismar qaydalarına riayət edin.

  • Trenajor zallarına idman zalında məşq üçün nəzərdə tutulan xüsusi idman geyimi və ayaqqabısında daxil olmaq xahiş olunur.

  • Məşqdən sonra avadanlıqları və şəxsi istifadə predmetlərini yığışdırmaq lazımdır.

  • Travma almamaq üçün məşqin əsas qurulma prinsiplərinə riayət edin, zərurət halında kömək üçün fitnes zalının məşqçisinə müraciət edin.

  • Qrifləri, hantelləri və digər sərbəst çəkiləri divarlara, güzgüyə və digər konstruksiyalara söykəmək qadağandır. Avadanlıqları onlar üçün ayrılmış xüsusi yerlərə qaytarmaq lazımdır.

  • Trenajorları yerindən tərpətmək və inventarı döşəməyə atmaq qadağan edilir.

  • Bədbəxt hadisələrdən yayınmaq məqsədilə 14 yaşından kiçik uşaqların trenajor zalına daxil olması qadağandır.

  • 14 yaşından etibarən uşaqlar trenajor zalında məşq etməyə böyüklərin birbaşa müşayiəti ilə və valideynin şöbə müdiri ilə razılaşdırılmış bəyanatı əsasında buraxılırlar. Eləcə də seksiya və ya məşqçi ilə fərdi məşq çərçivəsində. 11-14 yaş arası uşaqların əvvəlcədən fizioloji testdən keçmədən trenajor zalında məşqə başlaması tövsiyə edilmir.

  • 14 yaşından böyük uşaqlar valideynin trenajor zalının meneceri ilə razılaşdırılmış yazılı bəyanatının olması şərtilə və fitnes məsləhətçinin yazılı tövsiyəsi ilə zalda müstəqil şəkildə məşq edə bilər.

  • Kompleksin qonaqları idman inventarının itirilməsinə və ya korlanmasına görə maddi məsuliyyət daşıyırlar. İdman inventarının sınması halında kompleksin qonaqları bu haqda fitnes menecerə məlumat vermək məcburiyyətindədirlər.

  • Maqneziumdan istifadə qadağandır.

  • Şəxsi məşqçi xidməti yalnız əvvəlcədən ödəniş əsasında göstərilir.

HOVUZDAN İSTİFADƏ QAYDALARI

  • Şəxsi gigiyena qaydalarına riayət edin. Hovuza gəlməzdən əvvəl mütləq duş qəbul edin.

  • Hovuza yalnız hovuz geyimi, xüsusi ehtiyat ayaqqabı və üzgüçülük papaqları ilə gəlməyə icazə verilir. Uzun saçlar yığılmalı, sancaqla bərkidilməlidir və üzgüçülük papağından istifadə olunmalıdır.

  • Hovuz zonasında ayaqyalın gəzmək tövsiyə edilmir - təhlükəlidir.

  • Üst geyimində və bayır ayaqqabısında hovuz ərazisinə daxil olmaq qadağandır.

  • Hovuzun kənarı ilə qaçmaq, bortdan (təlimçinin icazəsi olmadan) və hovuzun ətrafındakı digər konstruksiyalardan suya atılmaq qadağan edilir. Yalançı bədbəxt hadisə siqnalları vermək qadağandır.

  • Hovuz zonasına şüşə qab gətirmək qadağandır.

  • Sualtı üzgüçülük üçün konstruktiv üsulla şüşə tətbiq edilmiş maskalardan istifadə qadağandır.

  • Qrup məşğələlərinin keçirilməsi zamanı üzmə zonası ayırıcı zolaqla məhdudlaşdırılır.

  • Bazar günündən başqa hər gün saat 08:30-11:30 və 16:30-19:30 intervalında Yigma komandanın məşqlərinin keçirilməsi ilə əlaqədar olaraq Yarış Hovuzuna (50 metrlik) abunəçilərin girişi məhdudlaşdırılacaq. Bu saatlarda 25 metrlik hozuzdan istifadə olunacaq.

  • Hər zolaqda eyni zamanda 5-6(beş,altı)nəfər üzə bilər.Hovuz ərazisində xilasedici və ya məşqçi olmazsa hovuza girmək qadagandır.

  • Digər hovuz istifadəçilərinin fəaliyyətinə mane olmamaq üçün həmişə zolağın sag tərəfi ilə üzmək vacibdir.

  • Bədbəxt hadisələrin baş verməməsi üçün 14 yaşına qədər uşaqlar hovuz ərazisinə yalnız məşqçinin müşayiəti ilə buraxılırlar.

  • Ayırıcı zolaqlardan asılmaq qadağandır.

  • Şəxsi məşqçi xidməti yalnız əvvəlcədən ödəniş əsasında göstərilir.

  • Rəhbərlik cədvəldə göstərilmiş təlimçini əvəzləmək, eləcə də qrup məşğələləri cədvəlinə düzəliş etmək hüququnu özündə saxlayır.

  • İxtisaslaşdırılmış avadanlıq və inventara ehtiyatla yanaşın.

  • Ştatdankənar vəziyyətlərin və/və ya qəza vəziyyətlərinin yaranması halında, kompleksin qonaqları təlimçinin, tibb personalının göstərişlərinə qeyd-şərtsiz əməl etməlidirlər.

UŞAQ İDMAN QRUPUNDA İŞTİRAK QAYDALARI

  • Qrup məşğələlərində yerinizi itirməmək üçün hər ayın 25-dən gec olmayaraq növbəti ay üçün ödəniş etməlisiniz.

  • Məşqlərə gəlmədiyiniz təqdirdə ödəniş heç bir halda geri qaytarılmır.

  • Hovuz ərazisində uşaqlar kompleksdə müəyyən olunmuş ümumi Qaydalara riayət etməlidirlər. Uşaqlar hovuza gəlməzdən əvvəl mütləq duş qəbul etməlidirlər.

  • Hovuza yalnız hovuz geyimi, xüsusi ehtiyat ayaqqabı ilə gəlməyə icazə verilir. Uzunsaçlı uşaqların mütləq papağı olmalıdır.

  • Uşaq hovuzundan 6-15 yaş arası uşaqlar istifadə edə bilərlər.

  • Uşaq hovuzuna qida qəbulundan azı bir saat sonra gəlmək tövsiyə edilir.

  • Hovuz zonasında sanitariya və gigiyena qaydalarına riayət edin.

  • Valideynlərin uşaqlarla duşxanaya daxil olması və soyunma otağında gözləməsi qadağandır.

  • Rəhbərlik cədvəldə göstərilmiş təlimçini əvəzləmək, eləcə də qrup məşğələləri cədvəlinə düzəliş etmək hüququnu özündə saxlayır.

          Sizə idman uğurları və xoş istirahət arzulayırıq

 

 

 

 

 

 

 

 

 

© AQUATIC PALACE LLC  2018

  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey Twitter Icon