OLİMPİYA HOVUZU

OLİMPİYA HOVUZU

İdman yarışları üçün nəzərdə tutulmuş beynalxalq standartlara cavab verən Olimpiya hovuzunun
uzunluğu 50 m. eni 25 m. dərinliyi isə  3 metrdir.Suyun temperaturu sabit olaraq 26, havanın 28 dərəcədir.Olimpiya hovuzundan bütün abunəçilər və bir dəfə giriş üçün ödəniş edənlər istifadə edə bilərlər.Olimpiya hovuzundan istifadə saatları:7:00-8:00., 11:00-16:00., 19:00-23:00.

MƏŞQ HOVUZU

Daha rahat mühüt arzu edənlər üçün uzunluğu 25 m. eni isə 40 m. dərinliyi 2 m. təşkil edən 20 zolaqlı məşq
hovuzu vardır.Suyun hərarəti 28, havanın 30 dərəcə təşkil edir.Üzməyi öyrənməyə başlayanlar üçün dərinliyi 0 dan 1.30 metrədək tənzimlənə bilən hovuz zonası ayrılmışdır.

SUYA TULLANMA HOVUZU

Suya tullanmaq üçün nəzərdə tutulmuş hovuzun uzunluğu 25 m., eni 20 m., dərinliyi isə 6 metr təşkil edir.Suya tullanmaq üçün sıçrama taxtasının hündürlüyü 1 metrdən - 10 metrə qədərdir. Bu hovuzda həmçinin su polosu dərsləridə keçirilir.

AÇIQ HAVA HOVUZU

Hovuzlar Avropa Oyunları Parkı ərazisində yerləşir. Uzunluğu 25 m., eni 20 m., dərinliyi  isə 2 m. ,suyun hərarəti  26- 28 dərəcə təşkil edir. Hovuzdan hər kəs istifadə edə bilər.

İNDİVİDUAL MƏŞQLƏR

  1. İndividual dərs (Tək, 1 nəfər)                    25.00 AZN  

  2. İndividual dərs (Cüt şəkildə, 2 nəfər)        40.00 AZN

  3. 10 İndividual dərs (Tək)                            200.00 AZN

  4. 10 İndividual dərs (Cüt)                             300.00 AZN 

 

   Dərs - 45 dəqiqə davam edir.

                                                  Təlimçilər tərəfindən yemək məsləhəti.

       Qaydalar:

  • 10 dəfəlik fərdi hovuz məşqləri, başlandığı tarixdən 60 gün müddətində etibarlıdır.

  • 10 dəfəlik fərdi fitnes məşqləri, başlandığı tarixdən 45 gün müddətində etibarlıdır.

  • 30 dəfəlik fərdi məşqlər 4 ay müddətində etibarlıdır, +5  məşq bonus olaraq əlavə.

  • 60 dəfəlik fərdi məşqlər 7.5 ay müddətində etibarlıdır, +10  məşq bonus olaraq əlavə.

  • 120 dəfəlik fərdi məşqlər 14 ay müddətində etibarlıdır, +2  məşq bonus olaraq əlavə.

  • Fərdi və ya bonus dərslərini bağışlamaq və ya hər paketə uyğun qeyd edilmiş müddət ərzində istifadə etmək olar. Onları nağdlaşdırmaq və ya xidmət paketinin müddəti bitdikdən sonra istifadə etmək olmaz.

  • Dərsi təxirə salmaq üçün ən geci 3 saat öncədən məşqçi məlumatlandırılmalıdır, əks təqdirdə dərs istifadə edilmiş hesab olunur.

  • Fərdi məşq xidmətini həyata keçirməzdən öncə əmin olmaq lazımdır ki, abunə sağlamlıq yoxlamasından keçib və şərtlərə uyğundur.      

© AQUATIC PALACE LLC  2018

  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey Twitter Icon