ÇEMPİONATLAR

Su İdmanı Sarayında media nümayəndələri arasında üzgüçülük turniri keçirilib.

Noyabrın 14-də Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, Su İdmanı Sarayı və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri keçirilib.
50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən, İctimai Televiziyanın əməkdaşı Maksim Tsurkov turnirin qalibi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Pavel Antonov (Sputnik.az) və Rəşad Cavadov (“Sportsmen” jurnalı) tutublar.
Qaliblərə diplom, medallar və təşkilatçılar tərəfindən hədiyyələr, bütün iştirakçılara isə xüsusi sertifikatlar təqdim edilib.
Mükafatları Su İdmanı Sarayının direktoru, Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi, AİJF prezidenti Qabil Mehdiyev, üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov təqdim ediblər.

31 Oktyabr SU POLOSU üzrə Su İdmanı Sarayı çempionatı

17 oktyabr Üzgüçülük üzrə Su İdmanı sarayı birinciliyi.

Gənclər və İdman nazirliyinin dəstəyi, Su İdmanı sarayı və Azərbaycan Üzgüçülük federasiyasının təşkilatçılığı ilə 17 oktyabr Üzgüçülük üzrə Su İdmanı sarayı birinciliyi keçirilmişdir.

Yarışda Su Idmanı sarayının yetirmələri iştirak edirdilər. İdmançılar 50 metr məsafədə sərbəst üsullarda güclərini sınayırdılar.
Xüsusi normativləri yerinə yetirən idmançilara Su İdmanı sarayı tərəfindən müəyyən bonuslar və təqaüd ayrılacaqdır.

17 oktyabr Üzgüçülük üzrə Su İdmanı sarayı açıq birinciliyi.

Gənclər və İdman nazirliyinin dəstəyi, Su İdmanı sarayı və Azərbaycan Üzgüçülük federasiyasının

təşkilatçılığı ilə 17 oktyabr Üzgüçülük üzrə Su İdmanı sarayı açıq birinciliyi keçirilmişdir.
Yarışda ümumilikdə 400 nəfərdən çox idmançı Respublikanın müxtəlif klublarından iştirak edirdilər.
Yaş kateqoriyaları 2007-2008, 2009-2010 və 2011-dən kiçik olan idmançılar 50-100-200-400-800 və 1500 metr məsafədə sərbəst, arxası üstə, batterflay, brass və qarışıq üsullarda güclərini sınayırdılar.
Xüsusi normativləri yerinə yetirən idmançilara Su İdmanı sarayı tərəfindən müəyyən bonuslar və təqaüd ayrılacaqdır.

27 sentyabr şəhidlərin anım gününə həsr olunmuş SU POLOSU üzrə yarış.

25 sentyabr tarixində Su İdmanı Sarayında 27 sentyabr şəhidlərin anım gününə həsr olunmuş SU POLOSU üzrə yarış keçirilib. Yarışda 2004-2008 təvəllüdlü 150 nəfər gənc idmançı iştirak etmişdir.

BƏDİİ ÜZGÜÇÜLÜK üzrə"İkinci Su ulduzları" adlı çempionat.

26 sentyabr tarixində  Su İdmanı Sarayında BƏDİİ ÜZGÜÇÜLÜK üzrə "İkinci Su ulduzları" adlı çempionat keçirilmişdir. Yarışda solo, duet və trio proqramlara əsasən 2007-2015 təvəllüdlü 50 nəfər iştirakçı güclərini sınamışdırlar.

Qadınlar arasında Çimərlik Voleybolu üzrə Açıq Azərbaycan Çempionatı.

Su İdmanı Sarayında 14 sentyabr tarixində Azərbaycan Voleybol Federasiyasının və Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə qadınlar arasında Çimərlik Voleybolu üzrə Açıq Azərbaycan Çempionatı keçirilib.
Səqqiz komandanın iştirak etdiyi çempionatda gərgin mübarizədən sonra qaliblər müəyyən olunub.

Yuliya Jernova və Alina Aslandan ibarət olan komanda isə Açıq Azərbaycan çempionatının qalibləri olub.
Nərminə Musayeva və Fidan Əhmədxanova cütlüyü finalda məlub olmaqla 2-ci yerlə kifayətlənib.
Səmra Qafarova və İlhamə Əliyeva çempionatda 3-cü yerə layiq olunub.
Qaliblərə medallar və diplomlar Su İdmanı Sarayının direktoru Elçin Həsənov və Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözalbeyli tərəfindən təqdim olunub.
Bütün qalibləri ürəkdən təbrik edirik və gələcəkdə daha mötəbər yarışların qalibi olmağı arzu edirik!

"Kings & Queen of Sand Summer Cup" Çimərlik Voleybolu, Futbol , Futvoley və Güləş üzrə Azərbaycan çempionatı.

2021-ci ilin avqust ayı ərzində Bilgəh İstirahət Mərkəzində Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə "Kings & Queen of Sand Summer Cup" adı ilə kişilər arasında Çimərlik Voleybolu, Futvoley, Futbol və Güləş üzrə Azərbaycan çempionatı keçirilib.

  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey Twitter Icon