AVROPA OYUNLARI PARKI
Avpopa Oyunları parkı Xəzərin sahilində, Dəniz kənarı bulvar yaxınlığında 18 hektarlıq ərazidə yerləşir. Bu su polosu, mini futbol, strit basketbolu ,çimərlik voleybolu, çimərlik futbolu və digər çimərlik idman növləri üçün nəzərdə tutulmuşdur.Park bir-biri ilə rahat kecidlərlə birləsdirilmiş dördfunksiyalı zonadan ibarətdir.Su polosu sahəsi yüksək texnoloji səviyyə ilə fərqlənir. Burda azarkeş yerləri ilə əhatə olunmuş beynalxalq standartlara cavab verən iki su polosu hovuzu fəaliyyət göstərir Strit Basketbolu yarışları
sahəsi də beynalxalq standartlara cavab verir. Ərazidə kompleksin sahəsinə daxil olan üç əlavə meydança mövcuddur ki, bunları strit basketbolu məşqləri üçün istifadə etmək olar.Çimərlik volleybolu, cimərlik futbolu və həmçinin digər çimərlik oyunları ilə məşğul olan idmançılara və həvəskarlara burada məşqlər və yarışlar keçirtmək üçün lazımi şərait vardır.Kompleksin yaninda rahat avtodayanacaq yerləşir.