
HOVUZLAR
HAQQIMIZDA
«Aquatic Palace»çoxfunksiyalı idman kompleksi, idmançılara, idman azarkeşlərinə, həvəskar idmançılara, sağlam həyat tərzi keçirən böyüklər, və uşaqlara, idmanla məşqul olmaq üçün yeni imkanlar və əhatə dairəsi yaradır. 2500 kv.m əhatə edən fitnes mərkəzinə yoqa, pilates, reqs, zumba, sayklinq kimi 8 universal idman zalı daxildir.Həmçinin digər idman məşqlərinə 1500 kv.m sahə ayrilib Aquatic Palace layihəsi ispan memarı Kim Piolom tərəfindən yaradılıb.Olimpiya kompleksinin əsas özəlliyi onun tavan hissəsinin şüşədən ibarət olmasıdır ki, buda kompleksin icərisini uzun müddətli təbii işıqla təmin edir.Ölkədə analoqu olmayan universal üzgüçülük hovuzları həm peşəkar,həm də həvəskar idmançilara istifadə etmək ücün təqdim olunur.Hovuzlar Avropa və Dünya standartlarına cavab verir.Hovuzların suyu xususi muasir avadanlıqlarla təmizlənir və daima sanitar-gigiyenik təhlükəsizlik qaydalarına riayət olunur.Su iki üsulla təmizlənir:fiziki-Perlit və kimyəvi üsulla Kimyəvi yolla təmizlənmə prosesində kompyüter vasitəsilə təmizləyici tərkibə xüsusi su təmizləyici maddə əlavə olunur. Suyun tərkibi elə bir maksimal səviyyədə saxlanılır ki, insanin saclarına, dərisinə və ən əsası səhhətinə zərər verməsin. Bizim kompleksdə uşaqlara gələcəyin həvəskar və potensial idnmançisı kimi böyük diqqət ayrılır. Peşəkar məşqçilərin rəhbərliyi ilə 6-15 yaşlı uşaqlar üçün qrup dərsləri yaradılmışdır. Kompleksdə bizim qonaqları məmnun edəcək gözəllik salonu, hər çür buxar və çox funksiyalı duş kabinələri ilə təmin olunmuş spa-mərkəzi, terapevt və masaj otağı fəaliyyət gostərir. Valideyinlərlə gəlmiş körpələr də bizim diqqətimizdən kənarda qalmır.Körpələr üçün animator vətərbiyəçilərlə təmin olunmuş xüsüsi uşaq zalı yaradılıb ki, onlar bizim kompleksin xidmətlərindən istifadə edərək vaxtlarıni maraqlı keçirməklə öz valideyinlərini gözləyə bilerlər..«Aquatic Palace» restoraninda sizə klassik yemeklər, sizin saglam həyat tərzinizin əsasını təşkil edən pəhriz yeməkləri daxil edilmiş menyu təqdim edilir ki, bu menyuda yeməklərin tərkibi və kalorisi ilə taniş ola bilərsiniz. Qeyd edək ki, kompleksin ətrafında 500 avtomobil üçün dayanacaq yaradılmışdır.

XƏBƏRLƏR

Hörmətli qonaqlar!Sevinc hissi ilə xəbər vermək estərdik ki, Dalış kurslarımız yenidən 28 sentyabrdan xidmətinizdədir!
Təlimçi – CMAS Master İnstructor 2** və bir çox dalış növü üzrə instruktor ,2-ci dərəcəli 1 və 2-ci qrup ixtisası üzrə dərinlik dalğıcı Elsevər Əliyevdir.
Avropa Oyunlar
Parkında məşqlər!
Hörmətli qonaqlar! 11 avqustdan etibarən Açıq havada Üzqüçülük, Aykido, Futbol,Çimərlik voleybol,Bədii gimnastika, Bədii üzqüçülük,Rəqs,Aiki Jitsu,Zumba,Pilates+ Stretçinq dərsləri xidmətinizdədir.
Strit basketbol üzrə məşqlərimizi təqdim edirik!
5-15 yaş oğlan və qızlar üçün qrupumuz həftənin Çərşənbə axşamı və Cümə axşamı günlərində saat 19:00- - 20:00-dəkdir.
Basketbol dünyanın ikinci ən populyar idman növüdür. Elmi tədqiqatlar sübut etmişdir ki, bu idman növü normal uşaqların boyunun öz valideyinlərindən 8-10sm daha uzun olmağına təkan verə bilir.
MƏŞQÇİLƏR

FOTO GALEREYA
VİDEO

1 -st international rhythmic gimnastic tournament AQUATIC CUP

Aquatic Palace Promo

Gimnastika

Yoga
ƏLAQƏ