AT4U5116.jpg
 

HAQQIMIZDA

«Aquatic Palace»çoxfunksiyalı idman kompleksi, idmançılara, idman azarkeşlərinə, həvəskar idmançılara, sağlam həyat tərzi keçirən böyüklər, və uşaqlara, idmanla məşqul olmaq üçün yeni imkanlar və əhatə dairəsi yaradır. 2500 kv.m əhatə edən fitnes mərkəzinə yoqa, pilates, reqs, zumba, sayklinq kimi 8 universal idman zalı daxildir.Həmçinin digər idman məşqlərinə 1500 kv.m sahə ayrilib Aquatic Palace layihəsi ispan memarı Kim Piolom tərəfindən yaradılıb.Olimpiya kompleksinin əsas özəlliyi onun tavan hissəsinin şüşədən ibarət olmasıdır ki, buda kompleksin icərisini uzun müddətli təbii işıqla təmin edir.Ölkədə analoqu olmayan universal üzgüçülük hovuzları həm peşəkar,həm də həvəskar idmançilara istifadə etmək ücün təqdim olunur.Hovuzlar Avropa və Dünya standartlarına cavab verir.Hovuzların suyu xususi muasir avadanlıqlarla təmizlənir və daima sanitar-gigiyenik təhlükəsizlik qaydalarına riayət olunur.Su iki üsulla təmizlənir:fiziki-Perlit və kimyəvi üsulla Kimyəvi yolla təmizlənmə prosesində kompyüter vasitəsilə təmizləyici tərkibə xüsusi su təmizləyici maddə əlavə olunur. Suyun tərkibi elə bir maksimal səviyyədə saxlanılır ki, insanin saclarına, dərisinə və ən əsası səhhətinə zərər  verməsin. Bizim kompleksdə uşaqlara gələcəyin həvəskar və potensial idnmançisı kimi böyük diqqət ayrılır. Peşəkar məşqçilərin rəhbərliyi ilə 6-15 yaşlı uşaqlar üçün qrup dərsləri yaradılmışdır. Kompleksdə bizim qonaqları məmnun edəcək gözəllik salonu, hər çür buxar və çox funksiyalı duş kabinələri ilə təmin olunmuş spa-mərkəzi, terapevt və masaj otağı fəaliyyət gostərir. Valideyinlərlə gəlmiş körpələr də bizim diqqətimizdən kənarda qalmır.Körpələr üçün animator vətərbiyəçilərlə təmin olunmuş xüsüsi uşaq zalı yaradılıb ki, onlar bizim kompleksin xidmətlərindən istifadə edərək vaxtlarıni maraqlı keçirməklə öz valideyinlərini gözləyə bilerlər..«Aquatic Palace» restoraninda sizə klassik yemeklər, sizin saglam həyat tərzinizin əsasını təşkil edən pəhriz yeməkləri daxil edilmiş menyu təqdim edilir ki, bu menyuda yeməklərin tərkibi və kalorisi ilə taniş ola bilərsiniz. Qeyd edək ki, kompleksin ətrafında 500 avtomobil üçün dayanacaq yaradılmışdır.

Qaydalar

Qiymətlərimiz

Cədvəllər

 

XƏBƏRLƏR

YAP Səbail rayon ərazi partiya təşkilatının təsis iclası keçirilib.

 “Akademik Əhəd Yaqubov küçəsi 15 ərazi” ünvanında Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevin  iştirakı ilə YAP Səbail rayon ərazi partiya təşkilatının təsis iclası keçirilib. İclasda ilk çıxış edən sədr Muxtar Nağıyev öncə ölkəmizdə son illər idman sahəsində əldə olunan beynəlxalq uğurlardan danışıb və bütün bunların heç də təsadüf deyil, ölkər Prezidenti, cənab İlham Əliyev və Birinci xanım  Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğısının, illərlə aparılan məqsədyönlü  siyasətinin məntiqi  nəticəsi olduğunu qeyd edib. Bildirib ki, ölkədə yaradılmış mükəmməl idman infrastrukturu böyük və nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə şərait yaradır ki, bu da öz növbəsində cəmiyyətdə idmanı təşviq edir, gənclərdə marağı daha da artırır. Sonra iclas iştirakçılarının diqqətini 44 günlük Vətən müharibəsinə yönəldən M. Nağıyev idmanın gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarındakı rolunu qeyd edib, bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində olduğu kimi, ölkəmizin inkişafında, uğurlarında da gənclərimizin rolu danılmazdır. Odur ki, YAP gənclər siyasətinə, peşəkar və milli gənc kadrların hazırlanmasına, onların dövlət idarəçiliyində önə çəkilməsinə xüsusi önəm verir. Natiqin sözlərinə görə hazırda ölkəmizdə  minlərlə gənc  YAP sıralarına qoşulmaqdadır. Partiya sıralarına üzv olmaq üçün müraciət edən yeni namizədlərlə bağlı da məlumat verən Muxtar Nağıyev  sonra “Akademik Əhəd Yaqubov küçəsi 15 ərazi” ünvanında yaradılan yeni ərazi partiya təşkilatının prosedur qaydalarını izah edib. 
Daha sonra prosedura uyğun üzvlər arasında səsvermə keçirilib və Elçin Həsənov sədr, Cəmilə Mərdiyeva isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının yeni sədri Elçin Həsənov ona göstərilən etimada görə təşəkkürünü bildirib və qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasına bugündən üzv olmaq, ölkəmizin inkişafına töhvə verməyə çalışmaq hər bir yapçı kimi onun və eyni zamanda rəhbərlik etdiyi təşkilatın hər bir sıravi üzvü üçün çox qürurvericidir. Odur ki, göstərilən yüksək etimada görə bir daha təşəkkürünü ifadə edən E. Həsənov  bu etimadı layiqincə doğrultmağa çalışacağını vurğuladı. Bildirdi ki, bizim artıq güclü dövlətimiz var - müstəqil Azərbaycan dövləti. Biz bu dövlətin vətəndaşlarıyıq və gündəlik əmək fəaliyyətimizi də Azərbaycanımızın daha da çiçəklənməsi, inkişafı istiqamətində qurmalıyıq. 
Daha sonra iclas  cari məsələlərlə bağlı fikir mübadiləsi şəraitində öz işini davam etdirib.

Üzgüçülük idman növü üzrə Su İdmanı Sarayı Birinciliyi və "Aquatic Open Cup" adlı Açıq Birinciliyi .
10.04.2022

Üzgüçülük idman növü üzrə Respublika Çempionatının final günü.
13.03.2022

TƏDBİRLƏR
ÇEMPİONATLAR
AKSİYALAR
 

MƏŞQÇİLƏR

 

FOTO GALEREYA

 

VİDEO

Welcome to Aquatic Palace │ SU İDMANI SARAYI
06:11

Welcome to Aquatic Palace │ SU İDMANI SARAYI

Su İdmanı sarayı Avropanın ən böyük idman komplekslərindən biridir. 2015-ci ildən bəri fəaliyyət göstərən sarayda müxtəlif idman növləri üzrə geniş məşğələlər seçimi təqdim olunur. Sarayda müxtəlif təyinatlı 5 üzgüçülük hovuzu, 2500 kv.metr sahəni əhatə edən fitness mərkəzi, çimərlik idman oyunları üçün meydançalar, mini futbol meydançaları, böyüklər və uşaqlar üçün kartinq mərkəzi fəaliyyət göstərir. Kompleksin qonaqları üzgüçülüklə yanaşı, aşağıdakı sahələr üzrə də təlimlərə qoşula bilərlər: fitness, yoqa, pilates, bədən tonusu, interval treninq, sayklinq , zumba, krossfit, tabata və s. Su İdmanı Sarayında SPA mərkəzi də fəaliyyət göstərir. Üç növ hidromasaj ilə cakuzi, sauna və buxar otağı ağır iş həftəsindən sonra dincəlməyə ehtiyacı olanların ən sevdiyi məkana çevrilib. Kompleksdə uşaqlar üzgüçülük, su polosu, sinxron üzgüçülük, bədii gimnastika, akrobatika, xoreoqrafiya, idman rəqsləri, bal rəqsləri, ciu-citsu, cüdo, kendo, voleybol, futbol ilə məşğul ola bilərlər. Dərslər peşəkar təlimçilərin rəhbərliyi altında aparılır. Su İdmanı Sarayı, ölkəmizin peşəkar idman həyatında fəal iştirak edir və dəfələrlə müxtəlif idman növləri üzrə həm yerli, həm də beynəlxalq yarışlar və təlim-məşq toplantıları təşkil edib. İdmançılarımız dəfələrlə xarici ölkələrdə keçirilən yarışlarda iştirak edib və Azərbaycanın adını yüksəyə qaldırıblar. Gənc idmançıların səviyyəsini yüksəltmək üçün Su İdmanı Sarayı onları ölkəmizdə və xaricdə təlim-məşq toplantılarına göndərir və orada onlar təcrübəli məşqçilər tərəfindən master klaslarda iştirak edirlər. Sarayın qısa müddətdə idmançıların yetişdirilməsində və idman tədbirlərinin təşkilində böyük uğurlar qazandığını söyləmək olar. Buna baxmayaraq, Su İdmanı Sarayı bununla kifayətlənmir və seçilmiş fəaliyyət sahələrinin inkişafında daha böyük addımlar atmağı planlaşdırır. • Bizi Sosial Şəbəkələrdə İzləyin: • Rəsmi sayt: https://www.aquaticpalace.az • Instagram: https://www.instagram.com/aquatic_palace • Facebook: https://www.facebook.com/aquaticpalace • Telegram: https://t.me/aquaticpalace • Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayin: •Email: info@aquaticpalace.az •Ünvan: Əhəd Yaqubov küç., 15 •Tel: (+994) 12 491 91 91 Aquatic Palace © 2021
İdman Səhər 08.04.22 │ SU İDMANI SARAYI
30:05
Su İdmanı Sarayından CANLI YAYIM 1-ci buraxılış "Su idman növləri" | Aquatic Palace | İDMAN TV
10:27